5 dekabr 2025. Cümə

Qarabağ'a qalib gələcəyik - Dundalk'ın futbolçusu


Qarabağ'a qalib gələcəyik - Dundalk'ın futbolçusu

Qarabağ yaxşı komandadır. Avrokuboklarda qrup mərhələlərinin daimi iştirakçısı olmaları hər şeyi deyir. Amma biz də yaxşı komandayıq. Bundan əvvəl böyük klubları məğlub etmişik".

Corner.az “The İrish Sun”a istinadən xəbər verir ki, bu sözləri “Dundalk”ın futbolçusu Şon Qennon Çempionlar Liqasının ikinci təsnifat mərhələsində evdə “Qarabağ”la oyun öncəsi deyib.

O, heç nədən çəkinmədiklərini söyləyib: "Qarabağ"a qalib gələcəyik.  Bu, klubun mentalitetidir. Avropada irəliləmək istəyirik. Oyuna çox yaxşı hazırlaşacağıq və "Qarabağ"ı daha da yaxından tanıyacağıq. Oyun planını hazılamaq üçün vaxtımız var".

28 yaşlı müdafiəçi komandada yaxşı futbolçuların olduğunu bildirib: "Məşqlərdə ikitərəfli oyunlarımıza baxsanız, hər iki “11-liy”in eyni səviyyədə olduğunu görərsiniz. Hər mövqe üçün 2-3 futbolçumuz var. Avropada inkişaf etsək, liqanın oyunlarında güclü olacağıq”.

Qeyd edək ki, sabah keçiriləcək “Dundalk” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq. Cavab görüşü isə 1 həftə sonrda “Dalğa Arena”da olacaq və yerli vaxtla 21:00-da start götürəcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”