5 dekabr 2025. Cümə

Qarabağ Riqa kimi axmaq səhvlər etmir - Dundalk'ın baş məşqçisi


Qarabağ Riqa kimi axmaq səhvlər etmir - Dundalk'ın baş məşqçisi
Qarabağ "Dundalk"ın son 7 mövsümdə avrokubokların təsnifat mərhələsində qarşılaşacağı ən güclü komandadır".

Corner.az İrlandiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Dundalk"ın baş məşqçisi Vinni Pert deyib. Ağdam klubu ilə bağlı fikirlərini açıqlayan 42 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib:

"Qarabağ"ın futbolçuları çox sürətli və texnikalıdır. Əsasən qısa ötürmələrdən istifadə edirlər. Bu mənada çox güclü komandadır. "Qarabağ" "Riqa" deyil. Oyuna yüksək konsentrasiya ilə çıxırlar və axmaq səhvlərə yol vermirlər. Məncə, əsas amil də məhz budur.

"Qarabağ" həqiqətən mürəkkəb rəqibdir. Ancaq Azərbaycanda mövsüm hələ başlamayıb, komanda yalnız avrokuboklarda rəsmi oyunlar keçirib. Bizdə isə çempionat davam edir. Futbolçularımız lazım olan məqamlarda sürəti qaldıra bilirlər. Biz bunu yenidən etməliyik".

Qeyd edək ki, "Qarabağ"la "Dundalk" arasında ilk oyun sabah Dublində keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab matçı isə 1 həftə sonra "Dalğa Arena"da olacaq və yerli vaxtla 21:00-da start götürəcək.





Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”