21 aprel 2026. Çərşənbə axşamı

Çempionlar Liqası. Yarımfinalın ilk oyunu heç-heçə başa çatdı


Çempionlar Liqası. Yarımfinalın ilk oyunu heç-heçə başa çatdı

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki,  "Bavariya" doğma meydanda "Real"ı qəbul edib.  Klement Turpin idarə etdiyi qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

24-cü dəqiqədə "Real Madrid"in cinah oyunçusu Vinisius Junior hesabı açıb. 53-cü dəqiqədə qarşılaşmada hesabı meydan sahiblərinin cinah yarımmüdafiəçisi Leroy Zane bərabərləşdirib. 57-ci dəqiqədə Münhen klubunun hücumçusu Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını önə keçirib. 83-cü dəqiqədə Vinisius penaltini dəqiq yerinə yetirərək dubl edib.

Komandalar arasında cavab oyunu mayın 8-də baş tutacaq və Madriddəki Santyaqo Bernabeu stadionunda keçiriləcək.







Çempionlar liqası