15 avqust 2026. Şənbə

"Uembli"də oynamaq istəyirik" - Noyer


"Uembli"də oynamaq istəyirik" - Noyer

"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"la dünənki oyun haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, alman qolkiper finalda oynamaq istədiklərini bildirib.

“Azarkeşlər bizi dəstəkləməkdə heyrətamiz idi. Bu, bir qədər Londonda “Çelsi” ilə finalı xatırladırdı. Qələbə qazanmaq istəyirdik, düşünürəm ki, buna layiq idik. Hər şey “Santyaqo Bernabeu”da həll olunacaq. Gələcəyimiz bizdən asılıdır. Münhen nəhənginin mətbuat xidməti qapıçıdan sitat gətirir: "Biz finala çıxmaq və "Uembli"də oynamaq istəyirik".

Allianz Arenada baş tutan görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.

"Bavariya"nın "Real"la cavab oyunu mayın 8-də Madriddə keçiriləcək. Matçın startı Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu