15 avqust 2026. Şənbə

“Çətin matç olacağını bilirdik" - Mendeş


“Çətin matç olacağını bilirdik" - Mendeş

Fransanın PSJ-nin müdafiəçisi Nuno Mendeş UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sına səfərdə məğlubiyyətdən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı futbolçu cavab oyununda əllərindən gələni edəcəklərini bildirib.

 “Çətin matç olacağını bilirdik. “Borussiya” öz meydanında azarkeşlərin böyük dəstəyi ilə oynadı. PSJ qalib gəlməyə çalışdı, amma alınmadı. Komanda cavab oyununda 100 faiz verəcək. Əlimizdən gələni edəcəyik”, - UEFA-nın mətbuat xidməti futbolçunun sözlərindən sitat gətirir.

Görüş 1:0 hesabı ilə bambıllıların xeyrinə başa çatıb. Yeganə qolu hücumçu Niklas Füllkrug vurub. Cavab oyunu mayın 7-də Parisdəki stadionda baş tutacaq. Başlanğıc fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu