5 dekabr 2025. Cümə

Qurban Qurbanov: “İndi bu haqda fikirləşməyə vaxtımız yoxdu”


Qurban Qurbanov: “İndi bu haqda fikirləşməyə vaxtımız yoxdu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyanın “Dandalk” klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün matçın keçiriləcəyi “Oriel Park” stadionunda təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Bütün fikrimizi sabahkı oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadı ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır. Orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var. Başda baş məşqçi olmaqla bütün komanda olduqca istəklidi. Düzdü, sabah süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdu. Sabahkı oyuna tam konsentrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, sabah bizə qarşı tam motivasiya olunmuş bir komanda ilə oynayacağıq”.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”