5 dekabr 2025. Cümə

APOEL-dən qələbə, PSV-dən möhtəşəm geridönüş


APOEL-dən qələbə, PSV-dən möhtəşəm geridönüş
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə 5 oyun keçirilib.“Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri olan “Sutyeska” (Monteneqro) ilə APOEL (Kipr) qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb.

PSV öz meydanında Bazel ilə üz-üzə gəlib və son dəqiqələrə kimi hesabda geri olsa da, 3 dəqiqəyə 2 qol vuraraq qələbə qazanıb .

Qeyd edək ki, mərhələnin daha 7 oyunu sabaha nəzərdə tutulub ki, bunlardan biri də "Qarabağ"ın matçıdır. Ağdam təmsilçisi İrlandiya səfərində "Dundalk"la qarşılaşacaq. 

23 iyul

ÇL-in 2-ci təsnifat mərhələsi, ilk oyunlar

”Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan) - 0:0

”Saburtalo” (Gürcüstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2
Qollar:
 M. Orsiç, 67 (0:1), B. Petkoviç, 78-pen (0:2) 

PSV (Holllandiya) – “Bazel” (İsveçrə) - 3:2
Qollar:
 Bruma, 14 (1:0), A. Ayeti, 45+1 (1:1), O. Alderete, 79 (1:2), S. Lammers, 89 (2:2), D. Malen, 90+2 (3:2)

TNS (Uels) – “Kopenhagen” (Danimarka) - 0:2
Qollar:
 P. Sotiriu, 18 (0:1), R. Skov, 61-penalti (0:2)

“Sutyeska” (Monteneqro) – APOEL (Kipr) - 0:1
Qol:
 T. De Vinsenti, 42-penalti





Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”