30 sentyabr 2026. Çərşənbə

"Borussiya" ilə matçda bütün Fransanı təmsil edəcəyik"


"Borussiya" ilə matçda bütün Fransanı təmsil edəcəyik"

PSJ-nin prezidenti Nasser Al-Xelaifi Çempionlar Liqasında Dortmund "Borussiya"sı ilə keçiriləcək oyun haqda danışıb.

90deqiqe.Az-ın məlumatına görə, funksioner, sabahkı oyunda bütün azarkeşləri təmsil edəcəklərini bildirib.

“Sabah biz təkcə PSJ-ni deyil, bütün Fransanı, eləcə də bütün dünyadakı azarkeşlərimizi təmsil edəcəyik”, - BeFootball əl-Xelaifidən sitat gətirir.

Xatırladaq ki, Çempionlar Liqasının ilk yarımfinal matçında PSJ səfərdə "Borussiya"ya minimal hesabla 0:1 hesabı ilə uduzmuşdu. Cavab oyunu çərşənbə axşamı, mayın 7-də baş tutacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”