23 yanvar 2025. Cümə axşamı

"Dundalk"ın hücumçusu: "Qarabağ"ı təyyarədə noutbukla izlədik"


"Dundalk"ın hücumçusu: "Qarabağ"ı təyyarədə noutbukla izlədik"

Çempionlar Liqasının I təsnifat mərhələsində "Riqa"nı üstələdikdən sonra hamı sevinc içində idi. Çox gözəl hisslər keçirirdik. Sonuncu dəfə penalti ilə nə zaman qalib gəldiyimizi xatırlamıram".

Corner.az-ın məlumatına görə, bunu İrlandiyanın "Dundalk" komandasının futbolçusu Patrik Hoban deyib. 28 yaşlı hücumçu Latviyada penalti seriyasında qələbə qazandıqdan sonra II təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"ı düşünməyə başladıqlarını bildirib: "Təyyarəyə oturan kimi dərhal "Qarabağ"a kökləndik, bu komandanı noutbukla izlədik. Hamımız məşqçimizin başı üzərini aldıq. Bu zaman "Qarabağ"ın oyun keyfiyyətini görmək olardı. Onlar sürətli, rəvan oyun sərgiləyirlər, amma zəif tərəfləri də var. Biz də həftə ərzində bunun üzərində çalışdıq. Biz matça ciddi yanaşmaqla bərabər təmkinimizi qorumalıyıq".

Hoban Dandolk şəhərində Avropa futbolu barədə arzusunun həyata keçdiyini əlavə edib: "Burada olarkən gənc və yaşlı nəslin qələbəyə necə ac olduqlarını görərsiniz. Ümidvarıq ki, bu axşam öz işimizi görərək düzgün olanı edəcəyik. Klubun Avropada böyük ambisiyaları var və bu, bütün futbolçulara da şamil edilir".

Qeyd edək ki, bu gün "Oriel Park"da keçiriləcək "Dundalk" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.(report)







Çempionlar liqası

"Oyuna daha inamlı nəzarət etməliyik"
  • Çempionlar liqası
  • 14:27 22.01.2025
"Oyuna daha inamlı nəzarət etməliyik"
"Qvardiola həmişə yenilikçi olub”
  • Çempionlar liqası
  • 20:43 21.01.2025
"Qvardiola həmişə yenilikçi olub”
"Çempionlar Liqasında oynamaq arzusunda idim"
  • Çempionlar liqası
  • 20:14 21.01.2025
"Çempionlar Liqasında oynamaq arzusunda idim"
"Real Madrid"də ən yaxşı anımı yaşayıram"
  • Çempionlar liqası
  • 17:27 21.01.2025
"Real Madrid"də ən yaxşı anımı yaşayıram"
"Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır"
  • Çempionlar liqası
  • 21:49 20.01.2025
"Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır"