15 may 2026. Cümə

Çempionlar Liqasında ilk finalçı bəlli oldu


Çempionlar Liqasında ilk finalçı bəlli oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

90deqiqe.Az xəbər verir ki, turnirin ilk finalçısı Parisdə müəyyənləşib. Birinci oyunda PSJ-yə 1:0 hesabı ilə qalib gələn Dortmund "Borussiya"sı "Parc des Princes" stadionundakı ikinci görüşdə də rəqibini məğlub edib - 1:0. Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels vurub.

Beləliklə, Dortmund təmsilçisi ümumi hesabda 2:0 hesablı qələbə ilə finala yüksəlib.

Qeyd edək ki, yarımfinal mərhələnin digər matçı mayın 8-də İspaniyada "Real Madrid" və Almaniyanın "Bavariya" komandaları arasında baş tutacaq.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"