26 mart 2026. Cümə axşamı

ÇL: "Borussiya"nın finaldakı rəqibi "Real" oldu


ÇL: "Borussiya"nın finaldakı rəqibi "Real" oldu

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) ikinci finalçının adına aydınlıq gəlib.

90deqiqe.Az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab matçında “Real” “Bavariya”nı qəbul edib.

Matçı Şimon Marçiniakın (Polşa) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.Oyun mayın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlayıb. 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Matçın 68-ci dəqiqəsində münhenlilərin müdafiəçisi Alfonso Devis komandasını hesabda irəli çıxarıb. Ən sonda meydan sahiblərinin hücumçusu Xoselu dubla imza ataraq komandasına qələbə qazandırıb.

Yarımfinalın ilk oyununda komandalar 2:2 hesabı ilə bərabərə qalıblar. 

Beləliklə, iki görüşün cəminə əsasən, Madrid klubu finala adlayıb.

Bundan əvvəl "Borussiya Dortmund" finala yüksəlib. O, ümumi hesabda PSJ-dən üstün olub.

 







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"