5 dekabr 2025. Cümə

Yeni legionerlər bugün oyuna çıxmayacaqlar - Qarabağ'dan açıqlama


Yeni legionerlər bugün oyuna çıxmayacaqlar - Qarabağ'dan açıqlama

Qarabağ'ın iki yeni legioneri – müdafiəçi Faysal Rerras və hücumçu Maqaye Qeye bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la matçda iştirak etməyəcəklər.

Bu haqda  "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib:

"Hər iki oyunçu "Qarabağ"a qoşulana qədər iki ay ümumi hazırlıqda iştirak etməyiblər. Hazırda onlar xüsusi fiziki proqram əsasında fərdi qaydada Bakıda məşq edirlər və lazımi hazırlıq planından kənarda qalmamalarına görə bizimlə İrlandiyaya gətirilməyiblər. Faysal Rerras və Maqaye Qeye gələn həftədən ümumi hazırlığa qoşulacaq".

Klub rəsmisi onu da deyib ki, müdafiəçi Bədavi Hüseynovun zədəsi davam etdiyi üçün o da bu görüşü buraxacaq: "Bədavi də hazırda fərdi məşqlər edir".

Qeyd edək ki, "Dundalk" - "Qarabağ" oyunu bakı vaxtı ilə 22:45-də başlayacaq.(qol)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”