5 dekabr 2025. Cümə

Udduqları bəs deyil, şikayət də edirlər


Udduqları bəs deyil, şikayət də edirlər

Dortmund "Borussiya"sı UEFA Çempionlar Liqasının yarımfinalının Parisdə keçirilən cavab oyununda (1:0) azarkeşləri üçün bilet çatışmazlığı səbəbindən PSJ-dən Avropa Futbol Tərəfdarları Assosiasiyasına (FSE) şikayət edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, dortmundlular Çempionlar Liqasının pley-off matçı üçün parislilərdən cəmi 480 bilet almasından narazıdırlar. Almaniyalı azarkeşlər eyni zamanada pankartları "Park des Prins" stadionuna gətirmək qadağası ilə üzləşiblər.

Qeyd olunur ki, Fransa nəhənginin diktorunun qonaq sektorda xüsusi səs dinamikləri vasitəsilə səsləndirilən açıqlamaları "Borussiya"nı da incik salıb. "Borussiya"nın fikrincə, belə davranış qəbuledilməzdir.

Avropa Azarkeşlər Assosiasiyası artıq bu şikayəti qəbul edib.

Xatırladaq ki, Çempionlar Liqasının 1/2 final mərhələsinin “Borussiya” ilə PSJ arasında Parisdə baş tutan cavab oyunu Almaniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Bununla "sarı-qaralar" iyunun 1-də baş tutacaq final matçına vəsiqə qazanıb. Həlledici görüşdə rəqib "Real" olacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”