31 yanvar 2026. Şənbə

Qalib gələ bilmədiyimiz üçün məyusuq - Dundalk'ın baş məşqçisi


Qalib gələ bilmədiyimiz üçün məyusuq - Dundalk'ın baş məşqçisi

"Oyun qatar kimi bitdi, önümüzdə tam buxar var. Şanslar hələ davam edir. Düzdür, səfərdə topa az sahib ola bilərik. Amma yenə də  hələ yarışın içindəyik və biz də bunu istəyirdik. Ancaq  çox çalışmalıyıq".

Corner.az-ın məlumatına görə, bu sözləri "Dundalk"ın baş məşqçisi Vinni Pert Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la ilk oyundan (1:1) sonra deyib.

O, ikinci hissədə yaxşı oynadıqlarını bildirib: "İkinci hissədə futbolçular özlərinə inandı. Qalib gələ bilmədiyimiz üçün məyusuq, çünki kifayət qədər şanslarımız var idi. Bu gecə şans yarada biləcəyimizi hiss etdik. Oyundan öncə futbolçulara  top saxlamağı, intizamlı və güclü oynamağı tapşırmırmışdım. Oyunun müəyyən vaxtlarında daha bacarıqlı olmalı idik. Topu özümüzdə daha çox saxlamaq idik. Ancaq fasilədən sonra üstün idik. Futbolçular irəli çıxdı, qol vurdu. Onlar özləriylə fəxr edir".







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”