5 dekabr 2025. Cümə

Epik ÇL finalından 10 il keçir


Epik ÇL finalından 10 il keçir

24 may 2014-cü ildə, düz 10 il əvvəl UEFA Çempionlar Liqasının final mərhələsi tarixinin ən epik anlarından birinin şahidi olduq.

90deqiqe.Az xəbər verir ki, Lissabondakı oyunda "Real" Madrid "Atletiko"su ilə üz-üzə gəlib. 36-cı dəqiqədə "Atletiko"nun müdafiəçisi Dieqo Qodin hesabı açmış və Dieqo Simeonenin yetirmələri demək olar ki, bütün matç boyu liderliyini uğurla qorumuşdu.

Matçın 93-cü dəqiqəsində Luka Modriç künc zərbəsini yerinə yetirir və Serxio Ramos baş zərbəsi ilə hesabı bərabərləşdirir. Bu, bəlkə də, karyerasının ən böyük qolu oldu.

Bu qol “Atletiko”nun müqavimətini qırdı və əlavə vaxtda “Real Madrid” daha üç qol vurdu - Qaret Beyl, Marselo və Kriştianu Ronaldo fərqləndilər. 

"Real Madrid" "La Decima" kimi tanınan tarixi - onuncu Çempionlar Liqasının qalibi oldu.

Maraqlıdır ki, qol vuran futbolçulardan heç biri hazırda klubda çıxış etmir. Amma indiki kimi o vaxt da "Kral klubu" nun baş məşqçisi Karlo Ançelotti idi.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”