5 dekabr 2025. Cümə

Çempionlar Liqası finalına baxış: "Borussiya" & "Real Madrid"


Çempionlar Liqası finalına baxış: "Borussiya" & "Real Madrid"

UEFA Çempionlar Liqasının finalında iyunun 1-i şənbə günü "Uembli" stadionunda Dortmund "Borussiya"sı ilə  Madrid "Real"ı qarşılaşacaqlar.

90deqiqe.Az  xəbər verir ki, Dortmund təmsilçisi bu mövsümün ən böyük sürprizlərindən biri olub və ən çətin qruplardan birindən çıxaraq PSV, "Atletika Madrid" və PSJ komandalarını məğlub edərək  finala yüksəlib. Edin Terzikin komandası liqada qeyri-sabit performans göstərsə də, sonda beşinci yerdə qərarlaşıb.

Maksimum 18 xalla qrup lideri olan "Real Madrid", bütün pley-off mərhələlərində ciddi sınaqlardan keçib və "Leypsiq", "Mançester Siti" və "Bayern" komandalarını məğlub edib.

Madrid klubu bu mövsüm Çempionlar Liqasında məğlubiyyətsizdir (8 qələbə, 4 heç-heçə). Dortmund isə son 11 Avropa oyunlarından yalnız birində məğlub olub (7 qələbə, 3 heç-heçə) və bu oyunların altısında qapısını toxunulmaz saxlayıb, son 10 oyunun doqquzunda ilk qolu vurub. BVB'nin son Çempionlar Liqası finalı da "Uembli" stadionunda olub və orada 2013-cü ildə "Bayern Münix"ə 2-1 məğlub olub.

"Dortmund" yalnız üçüncü dəfə finaldadir. Keçmiş iki Avropa Kuboku finalından birində qalib, birində məğlub olub. "Madrid" isə bu yarışda 17 dəfə iştirak edib və yalnız üçündə məğlub olub, sonuncusu 1981-ci ilə təsadüf edir. 

Bu, "Uembli"də keçirilən səkkizinci Avropa Kuboku finalıdır:
- 1963: AC Milan 2-1 Benfika
- 1968: Mançester Yunayted 4-1 Benfika
- 1971: Ayaks 2-0 Panatinaikos 
- 1978: Liverpul 1-0 Klub Brügge
- 1992: Barselona 1-0 Sampdoria 
- 2011: Barselona 3-1 Mançester Yunayted 
- 2013: Bayern Münix 2-1 Borussiya Dortmund







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”