17 iyun 2024. Bazar ertəsi

"Qarabağ" və "Zirə"nin bütün potensial rəqibləri bəlli oldu


"Qarabağ" və "Zirə"nin bütün potensial rəqibləri bəlli oldu

Azərbaycanı Çempionlar Liqası və Avropa Liqasında təmsil edəcək komandaların  potensial rəqibləri müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda turnirə I təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələdə 12 komanda mübarizəyə başlayacaq və “Zirə” səpələnməmişlər sırasında yer alacaq.

Püşk nəticəsində “Zirə”nin rəqibi “Şerif” (Moldova), “Visla” (Polşa), “Maribor” (Sloveniya), “Pakş” (Macarıstan), “Pafos” (Kipr) və “Tobol” (Qazaxıstan) klublarından biri olacaq.

Digər tərəfdən, “Qarabağ” klubunun mübarizə aparacağı Çempionlar Liqasının I təsnifat mərhələsində iştirak edəcək bütün komandalar da bəlli olub. “Eqnatiya” Albaniyada və “Pünik” Ermənistanda qızıl medal qazanıb. Bu, sonuncuların səpələnmişlər səbətinə düşməsinə səbəb olub. 

Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın bu mərhələdə ümumilikdə 15 mümkün rəqibi var. Lakin “Qarabağ”ın yarışa I deyil, II təsnifat mərhələsindən başlama ehtimalı da var. Bu, Çempionlar Liqasının cari mövsümünün finalından sonra dəqiqləşəcək.

Çempionlar Liqasının I təsnifat mərhələsinin səpələnmiş və səpələnməmiş komandalarının tam siyahısı da açıqlanıb.

Səpələnmişlər

"Ferensvaroş" (Macarıstan)

"Qarabağ" (Azərbaycan)

"Slovan" (Slovakiya)

“Lüdoqorets” (Bolqarıstan)

HİK (Finlandiya)

"Flora" (Estoniya)

"Styaua" (Rumıniya)

"Klaksvik" (Farer adaları)

"Şemrok Rovers" (İrlandiya)

“Linkoln” (Cəbəllütariq)

TNS (Uels)

RFS (Latviya)

“Petrokub” (Moldova)

“Balkani” (Kosovo)

“Pünik” (Ermənistan)

Səpələnməmişlər

"Dinamo" (Batumi, Gürcüstan)

"Selye" (Sloveniya)

"Hamrun" (Malta)

"Larne" (Şimali İrlandiya)

"Dinamo" (Minsk, Belarus)

"Panevejis" (Litva)

"Ordabası" (Qazaxıstan)

"Vikinqur" (İslandiya)

“Struqa” (Şimali Makedoniya)

“Differdanj” (Lüksemburq)

“Deçiç” (Monteneqro)

“Santa Koloma” (Andorra)

"Virtus" (San-Marino)

“Borats” (Bosniya və Herseqovina)

“Eqnatiya” (Albaniya)

Qeyd edək ki, hər iki turnirin püşkü iyunun 18-19-da atılacaq.

 







Çempionlar liqası

Neymar: "Əlbəttə, Qızıl top onundur"
  • Çempionlar liqası
  • 10:22 04.06.2024
Neymar: "Əlbəttə, Qızıl top onundur"
"Real Madrid" Xoselu ilə bağlı qərar verib
  • Çempionlar liqası
  • 16:19 03.06.2024
"Real Madrid" Xoselu ilə bağlı qərar verib