- Çempionlar liqası
- 20:15 29.11.2024
"Real Madrid"in sabiq futbolçusu Qaret Beyl yarımmüdafiəçi Cud Bellinqhemin çıxışı haqda açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, 34 yaşlı sabiq futbolçu ingilis futbolçunun etdiklərinin fantastik olduğunu bildirib.
"Belə gənc yaşda Bellinqhemin etdiklərini etmək əladır. Onun bu qədər intensiv və təzyiqlə oyununu izləmək əladır... O, əla başlanğıc etdi. Qarşıda onları daha bir vacib oyun gözləyir". Bellinqhemin "Real Madrid" ilə ilk mövsümündə Çempionlar Liqasını qazanması əla olardı”, – Beyl Sky News-a bildirib.
Çempionlar Liqasının finalı 1 iyun şənbə günü Uemblidə keçiriləcək. Avropa klub futbolunun əsas kuboku uğrunda mübarizədə “Real”ın rəqibi Dortmund “Borussiya”sı olacaq.