31 yanvar 2026. Şənbə

Qarabağ'ın oyununa biletlərin yarısı satılıb


Qarabağ'ın oyununa biletlərin yarısı satılıb

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Dundalk" matçına bilet satışı davam edir.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qol.az-a açıqlamasında artıq biletlərin yarısının satıldığını bildirib. Oyun gününə qədər bütün biletlərin satılacağı gözlənilir.

Görüşün keçiriləcəyi "Dalğa Arena"  5700 nəfər  azarkeş tutumuna malikdir.

Xatırladaq ki, iyulun 31-də keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. Komandalar arasında İrlandiyadakı görüşdə 1:1 hesablı bərabərlik qeydə alınıb.


Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulbar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”