- Çempionlar liqası
- 20:15 29.11.2024
Karvaxal "Real Madrid"in Çempionlar Liqasının himni səsləndirilərkən rəqiblərinə qorxu və dəhşət aşıladığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 32 yaşlı futbolçu niyə hər mövsüm Çempionlar Liqasını qazanmaq üçün mübarizə aparması sualına belə cavab verib:
“Bu turnir klub və azarkeşlərimiz üçün çox şey deməkdir. Turnirin himni səslənəndə biz rəqiblərimizə qorxu və dəhşət aşılayırıq. Bunu necə izah edəcəyimi bilmirəm, amma biz həmişə döyüşürük. Biz bu turnirdə son dərəcə diqqətimizi cəmləmişik və matçlarda bu köynəyi geyinməklə özümüzü dəyişdiririk”.
Xatırladaq ki, şənbə günü, iyunun 1-də “Real Madrid” Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Görüş Londonun “Uembli” stadionunda baş tutacaq.