- Çempionlar liqası
- 20:15 29.11.2024
"Borussiya"nın yarımmüdafiəçisi Marko Roys Dortmund klubunun onun üçün nə demək olduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
“Dortmund mənim üçün hər şeydir. Klubda sırf adına və ya pula görə qalmırsınız. Özünüzü rahat, yaxşı mühitdə və əla komanda yoldaşlarının yanında hiss etməlisiniz. Azarkeşlərin də böyük rolu var. Ayrılmaq, eyni şeyi heç bir yerdə tapa bilməyəcəyinizi bilmək deməkdir. Ona görə də belə bir qərar verməzdən əvvəl iki və ya üç dəfə düşünəcəksiniz. Azarkeşlərin sayəsində mən bu qədər uzun müddət burada qaldım, həm də ona görə ki, özümü burada həmişə ehtiyac hissi edirdim. Bu, vacib amildir”, - deyə o bildirib.
Xatırladaq ki, 34 yaşlı Roysun bu yay azad agent kimi “Borussiya”dan ayrılacağı bildirilir. O, 2012-ci ildən "Borussiya"da çıxış edir. Bu mövsüm təcrübəli futbolçu 39 oyun keçirib, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.