10 iyul 2026. Cümə

Terziç: "Çempionlar Liqasını qazanmaq istəyirik"


Terziç: "Çempionlar Liqasını qazanmaq istəyirik"

Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının finalında "Real"la oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 41 yaşlı çalışdırıcı "Real"a qalib gələrək kuboku qazanmaq istədiklərini bildirib.

"Heç kim sadəcə olaraq finalda iştirak etmək istəmir. Hər kəs finalda qalib olmaq istəyir. Bu, bizim məqsədimizdir. Biz burada olmaqdan xoşbəxtik, lakin biz Uemblidə "Real Madrid"i məğlub edib kuboku qazanmaq istəyirik. Bu turnirdə təmiz qolların sayına görə liderik. Rəqibinizi hədəfinizdən mümkün qədər uzaq tutmalısınız. Sentyabrda yaxşı oynamadıq, çoxlu qol buraxdıq, amma indi tamam başqa komandayıq. Biz kubok uğrunda mübarizəyə hazır olduğumuzu göstərdik”, - deyə mütəxəssis mətbuat konfransında bildirib.

Xatırladaq ki, görüş şənbə günü “Uembli” stadionunda baş tutacaq, matçın startı Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.







Çempionlar liqası

"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
  • Çempionlar liqası
  • 22:04 07.07.2026
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
"TNS ilə oyuna tam hazırıq"
  • Çempionlar liqası
  • 20:28 06.07.2026
"TNS ilə oyuna tam hazırıq"
"Əlimizdən gələni edəcəyik"
  • Çempionlar liqası
  • 20:06 06.07.2026
"Əlimizdən gələni edəcəyik"
"Sabah" – TNS matçına 3000 bilet satıldı
  • Çempionlar liqası
  • 13:15 03.07.2026
"Sabah" – TNS matçına 3000 bilet satıldı