1 fevral 2026. Bazar günü

"Real Madrid" Çempionlar Liqasının qalibi oldu - Yenilənib


"Real Madrid" Çempionlar Liqasının qalibi oldu  - Yenilənib

UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün qalibi bəlli olub. 

90deqiqe.Az xəbər verir ki, final matçında İspaniyanın “Real” və Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gəlib. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən matç, Madrid təmsilçisinin 2-0 üstünlüyü ilə bitib. 

Qeyd edək ki, "Real" bu turnirin ən titullu klubudur. Madridlilər artıq 15 dəfə ÇL-in kubokunu başları üzərinə qaldırıblar. Dortmund klubu isə yalnız bir dəfə - 1996-1997 mövsümündə yarışın qalibi olub.

Bugünkü final matçı Toni Kroosun "Real"da, Marko Roysun isə" Borussiya"da son oyunu olub. 

UEFA Çempionlar Liqası

Final

1 iyun, 23:00 "Borussiya" Dortmund – "Real" 0:2

Qollar: Dani Karvahal, 74 (0:1), Vinisius Junior, 83' (0:2)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

London. "Uembli" stadionu







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”