10 iyul 2026. Cümə

Formula 1 pilotları Çempionlar Liqasının finalında iştirak ediblər - FOTOLAR


Formula 1 pilotları Çempionlar Liqasının finalında iştirak ediblər - FOTOLAR

Dünən UEFA Çempionlar Liqasının Dortmund "Borussiya"sı ilə "Real Madrid" arasında keçirilən final oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, sözügedən final matçında Formula 1 pilotları Lando Norris (McLaren) və Quanyu Çjou (Kik-Sauber) iştirak ediblər.

Xatırladaq ki, Londonun (İngiltərə) “Uembli” stadionunda baş tutan görüşdə “Real Madrid” 2:0 hesabı ilə qalib gələrək tarixində 15-ci dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Bundan əvvəl Los Blankos bu kuboku 1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014, 2016, 2017, 2018 və 2022-ci illərdə qazanıb.

Bu Formula 1 mövsümündə britaniyalı Lando Norris Mayami Qran Prisini qazandı. O, 113 xalla fərdi hesabda üçüncü yeri tutur. Çinli Quanyu Çjou fərdi yarışda 19-cu yeri tutur, o, bir xal da qazana bilməyib.







Çempionlar liqası

"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
  • Çempionlar liqası
  • 22:04 07.07.2026
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
"TNS ilə oyuna tam hazırıq"
  • Çempionlar liqası
  • 20:28 06.07.2026
"TNS ilə oyuna tam hazırıq"
"Əlimizdən gələni edəcəyik"
  • Çempionlar liqası
  • 20:06 06.07.2026
"Əlimizdən gələni edəcəyik"
"Sabah" – TNS matçına 3000 bilet satıldı
  • Çempionlar liqası
  • 13:15 03.07.2026
"Sabah" – TNS matçına 3000 bilet satıldı