9 fevral 2025. Bazar günü

ÇL-nın 2023/2024 mövsümünün rəmzi komandası açıqlandı - FOTO


ÇL-nın 2023/2024 mövsümünün rəmzi komandası açıqlandı  - FOTO

UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün simvolik komandası açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının mətbuat xidməti məlumat yayıb.

Finalda üz-üzə gələn "Real Madrid" və "Borussiya Dortmund" komandalarının hər birinin 4 futbolçusu simvolik komandaya daxil edilib. Heyətə digər futbolçular isə “PSJ”, “Bavariya” və “Mançester Siti”dən hər birindən bir nəfər olmaqla daxil edilib.

Beləliklə, Çempionlar Liqasının simvolik komandasına daxil edilən futbolçuları təqdim edirik: Qreqor Kobel (“Borussiya Dortmund”), Daniel Karvaxal, Antonio Rudiger (hər ikisi “Real Madrid”), Mats Hummels, Yan Matsen (hər ikisi “Real Madrid”), Vitinya (PSJ), Marsel Sabitzer (“Borussiya”), Vinisius Junior, Jude Bellinqem ( hər ikisi “Real Madrid”), Filip Foden (“Mançester Siti”), Harri Keyn (“Bavariya”).

Xatırladaq ki, “Real Madrid” 2023/2024 mövsümü üçün Çempionlar Liqasının qalibi olub. Final görüşündə Madrid klubu Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

ÇL: Pley-off mərhələsinin püşkü atılıb
  • Çempionlar liqası
  • 15:45 31.01.2025
ÇL: Pley-off mərhələsinin püşkü atılıb
“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"