5 dekabr 2025. Cümə

Neymar: "Əlbəttə, Qızıl top onundur"


Neymar: "Əlbəttə, Qızıl top onundur"

“Əl-Hilal”ın hücumçusu Neymar “Real Madrid”in cinah oyunçusu Vinisius Junioru “Qızıl top”a əsas namizəd hesab edib-etmədiyi sualını cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Neymar “Globo Esporte”yə müsahibəsində deyib.

“Əlbəttə, “Qızıl top” onundur. Ona həm finaldan əvvəl, həm də sonra yazdım. Mən bu oğlanı çox sevirəm. Futbolun mənə verdiyi böyük dost. O, mütləq “Qızıl top”u qazanacaq. Vinisius inanılmaz görünür, bayrağımızı bütün dünyada layqli tanıdır”, - braziliyalı forvard qeyd edib.

Bu mövsüm Vinisius 39 oyun keçirib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib. Braziliyalı "Real Madrid"lə birlikdə İspaniya çempionatının və Çempionlar Liqasının qalibi olub. Vinisius həm də avrokubokların ən yaxşı oyunçusu adına layiq görülüb.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”