14 avqust 2026. Cümə

Qarabağ evdə əsəbi oynayacaq


Qarabağ evdə əsəbi oynayacaq

İrlandiya millisinin baş məşqçisi Mik Makkarti Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Dundalk" - "Qarabağ" oyunu (1:1) haqda danışıb.

Corner.az "İrish Mirror"a istinadən xəbər verir ki, o, "Qarabağ" xüsusi epizodlar  yaratmadan topa sahib olduğunu bildirib:  Amma onların 17 (Abdullah Zubir-red) və  3 (Ailton-red) nömrələri gözəl oynadılar. 11 (Mahir Emreli - red) və 20 (Riçard Almeyda-red) nömrəli futbolçularını da bəyəndim. Amma "Dundalk" layiqli mübarizə apardı və yaxşı düşünülmüş künc zərbəsindən sonra qol vurdu.  Onlar öz mübarizəsi ilə heç-heçəyə layiq idilər".

M.Makkarti cavab görüşü barədə də fikirlərini bildirib: "Düşünürəm ki, oyunda yaxşı tərəf  "Qarabağ" idi. Ədalətsizlik olsa belə, sonlara doğru bir qol da vururaq qələbə qazana bilərdik. Amma bunu bacarmadıq. Fikrimcə,  "Qarabağ" evdə əsəbi oynayacaq".(qol)







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu