26 mart 2026. Cümə axşamı

Qarabağ'a qarşı oynamayacaq -Dundalk'da itki


Qarabağ'a qarşı oynamayacaq -Dundalk'da itki

Dundalk'ın futbolçusu Robbi Benson Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la cavab oyununu buraxacaq.

Corner.az-ın İrlandiya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun Ağdam klubu ilə ilk matçda qabırğasından zədələnməsidir. Zədəsini sağalda bilməyən 27 yaşlı yarımmüdafiəçi Bakıya gətirilməyib.

İrlandiya təmsilçisinin məşqçisi Con Gill Bensonun zədəsi ilə bağlı deyib: "Bəxtsiz zədələnmə oldu. Səfər qısa olsaydı,onu özümüzlə gətirə bilərdik. O, komandada inam yaradır. Bensonu 7 saatlıq səfərə gətirməyin mənası yox idi. Mövsümün açılış oyununda ayağından zədələndiyi eyni nöqtədə yenidən zədə aldı. Ona dedim ki, öləndə küllərini o yerin ətrafına yayacağıq.  Benson ailəsi ilə birgə vaxt keçirəcək, sonra qayıdıb həftəsonu komanda ilə məşqlərə qoşulacaq".

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"