5 dekabr 2025. Cümə

Qurban Qurbanov: "Cavab matçında daha diqqətli olmalıyıq"


Qurban Qurbanov: "Cavab matçında daha diqqətli olmalıyıq"

"Vacib oyuna hazırlaşırıq. Cavab matçında daha diqqətli olmalıyıq. Hər iki komanda çox istəklidir. Onlar da qalib olmaq istəyirlər. Nə qədər çətin olsa da, hamı sabah maraqlı oyun gözləyəcək."

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İrlandiya "Dandolk"u ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib.

47 yaşlı mütəxəssis "Azərsun Arena"da baş tutan mətbuat konfransında bildirib ki, zədəlilərin durumu yaxşı deyil: "Bədavi Hüseynov fərdi məşqlərə də başlamayıb. Məşqlərə başladı, amma hiss etdi ki, yaxşı deyil. Dünən müayinədən keçdi və qərara alındı ki, müalicə davam etməlidir. Digərlərinə gəlincə, tam hazır olmasalar da, vəziyyətləri yaxşıya doğru gedir".

Məşqçi Qeye və Faysayın da durumuna aydınlıq gətirib: "Hazırlıqları daha yaxşıdır. Amma öz optimal formalarından uzaqdırlar. Əsas heyətdə olmayacaqlar. Ən azından birinin "18-lik"də olmaq ehtimalı var".

Qurbanov bütün rəqiblərə qarşı bəzi dəyişikliklərin olduğunu diqqətə çatdırıb: "Öz oyun üslubumuzu qoruyub saxlamağa çalışmışıq. Rəqibin qarşısını da almaq lazımdır. Onların oyununu analiz etmişik. Öz oyunumdan da imtina etməyəcəyik".

Təcrübəli mütəxəssis Avropa Liqasında mübarizə aparan "Neftçi" və "Qəbələ"yə uğurlar arzulayıb: "Avrokubokda xallara ehtiyacımız var. Ölkə reytinqi yaxşılaşmalıdır. Keçmək bir yana, qələbə ilə mərhələ adlamaq daha yaxşı olar".

Məşqçi Mahir Emrelinin İspaniya klubuna keçəcəyi ilə bağlı suala isə cavab verməyib.

Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" matçı saat 21:00-da başlanacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”