- Çempionlar liqası
- 22:50 27.11.2025
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Corner.az xəbər verir ki, ilk oyun günündə 7 matç keçirilib. “Qarabağ” “Dundalk” (İrlandiya) səddini keçsə, bu gün keçirilən APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Komandalar arasındakı ilk oyunda səfərdə 1:0 hesabı ilə qələbə qazanan Kipr təmsilçisi cavab görüşündə də qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
“Bazel” bu gün PSV-ni, “Olimpiakos” isə “Viktoriya”nı qəbul edib. İlk oyundan qalib ayrılan PSV səfərdə gözlənilməz məğlubiyyətlə üzləşib və ÇL-sı ilə erkən vidalaşıb."Olimpiakos" isə doğma meydanda darmadağınla qalib gələrək sürprizə imkan verməyib.
“Qarabağ” və “Dundalk” arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək. Komandalar arasındakı ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
30 iyul
APOEL (Kipr) – Sutyeska (Monteneqro) 3:0
Qol: Pavloviç, 13; 25; 66.
İlk oyun – 1:0
Nomme Kalyu (Estoniya) – Seltik (Şotlandiya) 0:2
Qol: Kulinits, 10-öz qapısına. Şved, 90+3.
İlk oyun – 0:5
Makkabi (Təl-Əviv, İsrail) – ÇFR (Rumıniya) 2:2
Qol: Blakman, 15. Kohen, 48 – Kulio, 19. Rondon, 42.
İlk oyun – 0:1
Bazel (İsveçrə) – PSV (Hollandiya) 2:1
Qol: E.Comert, 8. Van Volfsvinkel, 68 – Bruma, 23.
İlk oyun – 2:3
Dinamo (Zaqreb, Xorvatiya) – Saburtalo (Gürcüstan) 3:0
Qol: Orsiç, 77. Petkoviç, 88. Olmo, 90+4.
İlk oyun – 2:0
Valletta (Malta) – Ferentsvaroş (Macarıstan) 1:1
Qol: Fontanella, 27-pen – Nquen, 60.
İlk oyun – 1:3
Olimpiakos (Yunanıstan) – Viktoriya (Çexiya) 4:0
Qol: Gilyerme, 51. Gerrero, 70. Reznik, 73-öz qapısına. Semedo, 82.
İlk oyun – 0:0