14 may 2026. Cümə axşamı

APOEL-in baş məşqçisi Bakıda


APOEL-in baş məşqçisi Bakıda

Qarabağ'ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi APOEL-in baş məşqçisi Paulo Trametsani Bakıdadır.

Corner.az Kipr mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun mətbuat katibi Nektaris Petevinos məlumat verib. Onun sözlərinə görə, italiyalı mütəxəssis "Qarabağ" - "Dundalk" oyununu canlı izləmək üçün paytaxtımıza gəlib:

"Məşqçi komandalar arasında cavab oyununu izləmək üçün Bakıya gedib. Bu matçın nəticəsinə əsasən növbəti mərhələdəki rəqibimiz bilinəcək".

Qeyd edək ki, APOEL 3-cü təsnifat mərhələsindəki ilk oyununu avqustun 6-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək. Kiprlilərin növbəti raunddakı rəqibi "Qarabağ" - "Dundalk" cütünün qalibi olacaq. Komandalar arasında Dublində keçirilən ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Cavab qarşılaşması isə bu gün olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"