5 dekabr 2025. Cümə

Qarabağ güclü komandadır - APOEL-in məşqçisi


Qarabağ güclü komandadır - APOEL-in məşqçisi

"Dundalk" və "Qarabağ"ın bir çox oyununu izləmişik. İşimiz asan olmayacaq".

Corner.az Kipr mətbuatına istinadən xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Paulo Trametsani Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Monteneqro "Sutyeska"sı ilə cavab oyunundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib. Böyükhesablı qələbəni şərh edən italiyalı mütəxəssis 3-cü raunddakı potensial rəqibləri olan "Qarabağ" və "Dundalk" haqda da danışıb:

"Bu mərhələdə zəif rəqib olmur. Hamısı güclü, eyni zamanda fərqli komandalardır. "Dundalk" süni örtüklü kiçik stadionda oynayır. "Qarabağ" isə güclü və texnikalı komandadır. Heyətində uzun illərdir birlikdə oynayan yaxşı futbolçular var. Rəqibin kimliyindən asılı olmayaraq, oyunlar çətin keçəcək".

Qeyd edək ki, "Qarabağ" - "Dundalk" cütünün qalibi 3-cü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq. Azərbaycan və İrlandiya çempionları arasında Dublində keçirilən ilk matda qalib müəyyənləşməyib - 1:1. Cavab qarşılaşması bu gün "Dalğa Arena"da olacaq və yerli vaxtla 21:00-da başlayacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”