15 may 2026. Cümə

ÇL: “Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşdi


ÇL: “Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşdi

Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, “Linkoln” komandası Cəbəllütariqdə Maltanın “Hamrun” klubunu qəbul edib.

Matç 1:0 hesabı ilə qonaq komandanın xeyirinə başa çatıb. İlk görüşdə "Linkoln" səfərdə minimal üstünlüklə (1:0) qələbə qazandığından ümumi hesab bərabərləşib. Qarşılaşma əlavə vaxta, daha sonra qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub

Burada daha dəqiq olan "Linkoln" (5:4) klubu II təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"