18 avqust 2026. Çərşənbə axşamı

Qarabağ Ozobiç'i itirdi


Qarabağ Ozobiç'i itirdi

Qarabağ ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç zədələnərək sıradan çıxıb.

O, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiya çempionu “Dundalk”la oyunun əvvəlində zədələnib. Matçın 24-cü dəqiqəsində rəqibin cərimə meydançasında topa zərbə vurmaq istəyən xorvatiyalı futbolçu irlandiyalı oyunçulardan biri ilə toqquşaraq dizindən ağır zədələnib. Oyunu davam etdirə bilməyən futbolçunu Dani Kintana əvəzləyib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu