26 mart 2026. Cümə axşamı

Çempionlar Liqası: “Qarabağ” - “Linkoln” oyununun hakimləri bilindi


Çempionlar Liqası: “Qarabağ” - “Linkoln” oyununun hakimləri bilindi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqdə “Linkoln” komandasına qarşı keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

90deqiqe.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü macarıstanlı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi İştvan Vad olacaq. Ona həmyerliləri Vensel Tot və İştvan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bentse Çonka yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək “Linkoln”–“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"