- Çempionlar liqası
- 14:27 22.01.2025
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Corner.az xəbər verir ki, bu gün 5 görüş keçirilib. Turnirdə yeganə təmsilçimiz olan “Qarabağ” İrlandiyanın “Dundalk” klubunu qəbul edib. Komandalar arasındakı ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdısa, Ağdam klubu bu dəfə qələbə ilə ayrılıb.“Qarabağ” 3-cü təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq.
Belarus BATE-si “Rusenborq”un qonağı olub və məğlub olaraq mübarizəni dayandırmalı olub. Serbiyanın “Srvena Zvezda” klubu isə səfərdə Finlandiya HİK-i ilə qarşılaşmada məğlub olsa da, növbəti mərhələyə adlayıb.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
31 iyul
HİK (Finlandiya) – Srvena Zvezda (Serbiya) 2:1
Qol: Dalstrom, 46. Riski, 90+2 – Yovançiç, 56.
İlk oyun – 0:2
AİK (İsveç) – Maribor (Sloveniya) 3:2
Qol: Karlsson, 4. Larsson, 61. T.Elyunussi, 93 – Kotnik, 48. Kretu, 117.
İlk oyun – 1:2
Qarabağ (Azərbaycan) – Dandalk (İrlandiya) 3:0
Qol: X.Romero, 12; 87. A.Silva, 76.
İlk oyun – 1:1
Rusenborq (Norveç) – BATE (Belarus) 2:0
Qol: Helland, 73. Soderlund, 85.
İlk oyun – 1:2
Kopenhagen (Danimarka) – TNS (Uels) 1:0
Qol: Zeka, 52.
İlk oyun – 2:0