30 iyun 2026. Çərşənbə axşamı

“Qarabağ” yeni mövsümə “Linkoln” üzərində qələbə ilə başladı


“Qarabağ” yeni mövsümə “Linkoln” üzərində qələbə ilə başladı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Linkoln"un (Cəbəllütariq) qonağı olub.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"a qələbə gətirən qolları 45+2-ci dəqiqədə Olavio Juninyo və 75-ci dəqiqədə Toral Bayramov imza atıb.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu