12 aprel 2026. Bazar günü

Qarabağ yenidən Tofiq Bəhramov'da


Qarabağ yenidən Tofiq Bəhramov'da

Qarabağ'ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə cavab oyununun stadionu və  başlama saatı açıqlanıb.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ikinci matç avqustun 13-ü yerli vaxtla saat 20:30-da başlayacaq.

Xatırladaq ki, Ağdam təmsilçisinin Kipr klubu ilə ilk görüşünə isə avqustun 6-ı Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, "Qarabağ" 2019/2020 mövsümündə ÇL-də bundan əvvəlki ev oyunlarını "Dalğa Arena"da keçirib. Buna  21-27 iyul tarixləri arasında olan Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsi səbəb olub. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşib.







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi