14 avqust 2026. Cümə

Qarabağ ÇL-da qruplara qalacaq - Dundalk'ın futbolçusu


Qarabağ ÇL-da qruplara qalacaq - Dundalk'ın futbolçusu

"Bizim üçün çox yaxşı təcrübə oldu. Ancaq nəticəyə görə təəssüflənirəm. İstədiyimiz oyunu nümayiş etdirəcəyimizi düşünürdüm. Ancaq rəqib buna imkan vermədi və bizi mübarizədən kənarlaşdırdılar.  Qəbul etməli olduğumuz nəticədir".

Corner.az-ın məlumatına görə, bu sözləri "Dundalk"ın futbolçusu  Daniel Kelli Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları cavab oyunundan sonra İrlandiya mətbuatına deyib.

O, Ağdam klubunun ÇL-in qrup mərhələsində düşəcəyini bildirib: "Biz isə bazar ertəsi Slovakiyaya gedəcəyik. Avroliqada hələ də şansımız var. Optimist və realistəm. Avropa Liqasının qrup mərhələsinə düşmək şansımız hələ də qalır".







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu