- Çempionlar liqası
- 14:27 22.01.2025
Avrokuboklarda pley-off mərhələsinin püşkünün vaxtı açıqlanıb.
Corner.az xəbər verir ki, avqustun 5-də İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İlk olaraq Çempionlar Liqasının püşkü atılacaq ki, bununla da təmsilçimiz "Qarabağ"ın pley-offdakı potensial rəqibi məlum olacaq.
Avropa Liqasının püşkatması isə saat 15:00-da başlayacaq. Bu püşklə "Neftçi"nin potensial rəqibi bəlli olacaq.
APOEL (Kipr) - "Qarabağ" cütünün potensial rəqibləri
ÇFR (Kluj, Rumıniya) – “Seltik” (Şotlandiya) cütünün qalibi
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi
"Dinamo" (Zaqreb, Xorvatiya) - “Ferensvaroş” (Macarıstan) cütünün qalibi
"Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütünün qalibi
"Neftçi" - "Bney Yehuda" cütünün potensial rəqibləri:
“Hoqesun” (Norveç) – PSV (Hollandiya)
“Sparta” (Çexiya) – “Trabzonspor” (Türkiyə)
“Antverpen” (Belçika) - “Viktoriya” (Çexiya)
“Brondbü” (Danimarka) – “Braqa” (Portuqaliya)
AEK (Kipr) – “Gent” (Belçika)
“Legiya” (Polşa) – “Atromitos” (Yunanıstan)
“Vaduts” (Lixtenşteyn) – “Ayntraxt” (Almaniya)
“Styaua” (Rumıniya) – “Mlada Boleslav” (Çexiya)
“Feyenoord” (Hollandiya) – “Dinamo" (Gürcüstan)
“Lütsern” (İsveçrə) – “Espanyol” (İspaniya)
“Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina)
“Partizan” (Serbiya) – “Yeni Malatyaspor” (Türkiyə)
“Pünik” (Ermənistan) – “Vulverhempton” (İngiltərə)
Qeyd edək ki, "Qarabağ" pley-offa çıxmaq üçün 3-cü mərhələdə Kiprin APOEL klubunu, "Neftçi" isə İsrail təmsilçisi "Bney Yehuda"nı mübarizədən kənarlaşdırmalıdır.