12 aprel 2026. Bazar günü

Qarabağ'ın rəqibində ciddi itki


Qarabağ'ın rəqibində ciddi itki

Çempionlar Liqasının üçüncü təsnifar mərhələsində “Qarabağ”ın rəqibi olan APOEL ciddi itki ilə üzləşib.

Corner.az Kipr mətbuatına istinadən xəbər verir ki, komandanın 22 yaşlı oyunçusu Musa Əl-Tamari sıradan çıxıb.

İordaniyalı hücumameylli yarımmüdafiəçi ÇL-in ikinci mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab matçında (3:0) zədə alıb. Zədə çox ciddi olmasa da, Əl-Tamarinin bir həftə oynaya bilməyəcəyi bildirilib. Bu səbəbdən onun “Qarabağ”la ilk oyunu buraxa biləcəyi qeyd olunub. 

APOEL-in digər zədələnmiş futbolçusu - müdafiəçi Vuyadin Saviçin isə matça hazır olacağı yazılıb.

Xatıladaq ki, APOEL-la “Qarabağ” arasında birinci qarşılaşma avqustun 6-da Nikosiyada keçiriləcək.







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi