15 avqust 2026. Şənbə

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb


Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Çempionlar Liqasının III təsnifat mərhələsində “Lüdororets”lə (Bolqarıstan) qarşılaşacaq “Qarabağ” cavab oyununun keçiriləcəyi Bolqarıstana yola düşüb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl bu vacib səfər matçında komandasını tək qoymayıb.

O, qarşılaşmanı canlı izləmək üçün Razqrada yollanıb. Səfərə komanda ilə birgə çıxan klub prezidenti yolboyu futbolçularla səmimi söhbət edib və onlara inamını ifadə edib.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah keçiriləcək “Lüdoqorets” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu