31 yanvar 2026. Şənbə

Qarabağın APOEL-lə oyunu üçün sifariş ərizəsi


Qarabağın APOEL-lə oyunu üçün sifariş ərizəsi

Qarabağ Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə (Kipr) oyunlar üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 25 futbolçu sifariş verib. Heyətdə 4 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu yer alıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov

Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Rerrars Faysal

Yarımmmüdafiəçilər:  Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı, Tural Bayramov

Hücumçular: Mahir Əmrəli, Maqaye Qeye

Qeyd edək ki,  "Qarabağ" APOEL-lə avqustun 6-da səfərdə, 13-də isə Bakıda qarşılaşacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”