12 aprel 2026. Bazar günü

Qarabağ'ın Kiprə səfər proqramı açıqlandı


Qarabağ'ın Kiprə səfər proqramı açıqlandı

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində avqustun 6-sı APOEL-lə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı bəlli olub.

Klubun mətbuat xidmətindən verilən xəbərə görə, Ağdam təmsilçisi avqustun 4-ü, yerli vaxtla saat 17.30-da çarter reysi ilə Bakıdan Larnaka şəhərinə yola düşəcək. Təyyarənin uçuşdan 3 saat sonra – Kipr vaxtı ilə 19.30-da enəcəyi planlaşdırılır.

Avqustun 5-i yerli vaxtla saat 19.15-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 19.30-da isə komandanın oyunun keçiriləcəyi Nikosiya stadionunda məşqi nəzərdə tutulub.

Avqustun 6-sı Bakı vaxtı ilə saat 21.00-da “Qarabağ”ın APOEL-lə görüşü başlanacaq. Oyundan dərhal sonra komanda Bakıya qayıdacaq.(qol)







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi