5 dekabr 2025. Cümə

Qarabağ'la APOEL-in şansları bərabərdir - Ndlovu


Qarabağ'la APOEL-in şansları bərabərdir - Ndlovu

"Xançjou Qrintaun”un (Çin) futbolçusu Dino Ndlovu sabiq klubu "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə oyunlar öncəsi fikirlərini bildirib.

Cornrr.az-ın "Kerkida"ya istinadən yaydığı xəbərə görə, vaxtilə Kiprin “Anortosis” klubunda oynayan 29 yaşlı hücumçu hər iki komandanın şanslarının bərabər olduğunu deyib: "Qarabağ"ı yaxşı tanıyıram, APOEL-in də necə komanda olduğunu bilirəm. Hər iki komandanın bugünkü durumu barədə dəqiq məlumatım olmasa da,mərhələ keçmək şanslarını 50-nin 50-yə hesab edirəm. Bu, böyük maraqla gözlənilən iki vacib oyun olacaq. Hər iki komanda nəyin bahasına olursa olsun, Çempionlar Liqasının pley-offuna düşmək istəyir”.

Qeyd edək ki, “Qarabağ”la APOEL arasında ilk oyun sabah Nikosiyada olacaq. Matç Bakı vaxtı ilə 21:00-da başlayacaq. Avqustun 13-ü Bakıda keçiriləcək cavab qarşılaşmasına isə yerli vaxtla saat 20:30-da start veriləcək.

Xatırladaq ki, Ndlovu 2016-2017-ci illərdə Ağdam klubunda oynayıb.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”