15 avqust 2026. Şənbə

"Bavariya üçün "Dinamo" və "Barselona" arasında heç bir fərq yoxdur"


"Bavariya üçün "Dinamo" və "Barselona" arasında heç bir fərq yoxdur"

"Bavariya"nın baş məşqçisi Vinsent Kompani Çempionlar Liqasında qarşıdan gələn Zaqreb "Dinamo"sunun rəqibi haqda fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, belçikalı sükançı mətbuat konfransında bunları deyib.

“Bizim üçün Zaqreb “Dinamo”su ilə “Barselona” ilə matçlar arasında heç bir fərq olmamalıdır. Rəqibin kim olmasından asılı olmayaraq, hədəfimizə çatmaq və qələbə qazanmaq istəyirik. Biz rəqiblərimizin güclü və zəif tərəflərini bilirik”

Münhen komandası ən nüfuzlu avrokubokların əsas mərhələsinin ilk turu çərçivəsində çərşənbə axşamı Xorvatiyanın hazırkı çempionunu qəbul edəcək.

"Bavariya" - "Dinamo Zaqreb" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Münhen komandası oktyabrın 23-də "Barselona" ilə qarşılaşacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu