26 mart 2026. Cümə axşamı

Qarabağ'ın rəqibinin futbolçusu məşqlərə başladı


Qarabağ'ın rəqibinin futbolçusu məşqlərə başladı

Qarabağ'ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi APOEL-in futbolçusu Musa Əl-Tamari məşqlərə başlayıb.

Corner.az Kipr mətbuatına istinadən xəbər verir ki,  22 yaşlı hücumameylli yarımmüdafiəçi komandasının son məşqində çıxış edib. Onun Ağdam klubu ilə sabah keçiriləcək oyunda iştirak edib-etməyəcəyinə bugünkü məşqdən sonra müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, APOEL - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, Musa Əl-Tamari ÇL-in ikinci mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab matçında (3:0) zədələnmişdi.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"