30 iyun 2026. Çərşənbə axşamı

"Qalatasaray"da Fernando Muslera şoku


"Qalatasaray"da Fernando Muslera şoku

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Yanq Boys"la (İsveçrə) keçirilən cavab matçında rəqib komandanın futbolçusuna təpik atan Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın cəzası açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, UEFA uruqvaylı qolkiperi 3 oyunluq cəzalandırıb.

Qeyd edək ki, 38 yaşlı oyunçu sözügedən qarşılaşmada “Yanq Boys”un qolundan sonra Virjiniusu təpiklə vurub və qırmızı vərəqə alıb.

"Yanq Boys"a hər iki oyunun nəticəsinə görə məğlub olan (2:4) İstanbul klubu yoluna UEFA Avropa Liqasının Liqa mərhələsində davam edəcək. F.Muslera PAOK (Yunanıstan), RFŞ (Latviya) ve "Elfsborq"la (İsveç) keçiriləcək matçlarda iştirak etməyəcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu