30 iyun 2026. Çərşənbə axşamı

Keyn "Bavariya"nın heyətində 50 matçda 50 qol vurub


Keyn "Bavariya"nın heyətində 50 matçda 50 qol vurub

"Bavariya"nın hücumçusu Harri Keyn komandanın heyətində 50-ci oyununda 50 qol vurub.

90deqiqe.Az xəbər verir ki, ingilis futbolçu Çempionlar Liqasında Xorvatiyanın Zaqreb “Dinamo”su ilə matçda penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 1:0 edib.

31 yaşlı futbolçu üçün bu, Münhen nəhəngi üçün bütün yarışlarda 50-ci qoldur. Bu göstəriciyə çatmaq üçün ingilis ulduza 50 matç keçirməsi lazım idi. Bundan başqa, hücumçunun aktivində 15 məhsuldar ötürmə var.

Harri Keyn ötən ilin avqustunda “Tottenhem”dən “Bavariya”ya keçib. 







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu