12 aprel 2026. Bazar günü

"Həyatımda ilk dəfədir ki, bir matçda ..." - Keyn


"Həyatımda ilk dəfədir ki, bir matçda ..."  - Keyn

"Bavariya"nın ulduz hücumçusu Harri Keyn Çempionlar Liqasının qrup mərhələsində Zaqreb "Dinamo"su ilə oyununda etdiyi pokerdən danışıb.

90deqiqe.Az xəbər verir ki, ingilis forvard UEFA-nın mətbuat xidmətinə açıqlamasında həyatında ilk dəfə bir matçda üç penalti vurduğunu deyib.

Keyn yeni hisslər yaşadığını, lakin komandanın qələbə qazanmasına kömək etməyin hər bir halda vacib olduğunu bildirib.

“Mən istənilən qolu qəbul etməyə hazıram, istər penaltilər, istərsə də sərbəst atışlar. Çempionlar Liqasında bir matçda dörd qol vurmaq həqiqətən fantastikdir”, - Keyn əlavə edib.

Xatırladaq ki, Münhen klubunun 9:2  hesabla qalib gəldiyi Xorvatiya “Dinamo”su ilə görüşdə Harri Keyn 4 qol vurub. Dörd qoldan üçünü Keyn penaltidən vurub.







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi